İDMAN

03 Noyabr

Ermənistan klubu maliyyə böhranına görə çempionatda iştirakını dayandırdı

Ermənistanın "Qandzasar-Kapan" klubu Premyer Liqadakı çıxışını müvəqqəti olaraq dayandırıb.

Fins.az xəbər verir ki, komandanın kollektivi tərəfindən baş sponsora ünvanlanan açıq məktubda bu addımın müharibə və koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla bağlı olduğu bildirilib.

Komanda çempionatla yanaşı, ölkə kubokunda da iştirak etməyəcək.

Qeyd edək ki, "Qandzasar-Kapan" klubu Premyer Liqada 8 turdan sonra 7 xalla 8-ci pillədədir.