İDMAN

03 Noyabr

“Qalatasaray”dan 7 futbolçuya müqavilə

“Qalatasaray” qış transfer pəncərəsində 7 futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.

Fins.az “Fanatik”ə istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim kub rəhbərliyinə komandasında görmək istədiyi oyunçuların siyahısını təqdim edib.

İstanbul təmsilçisi 4 yeni transfer etmək və 3 futbolçusu ilə sözləşməsini yeniləmək niyyətindədir.

Klub adı “Roma” və “Nyukasl”la hallanan Markaonun müqaviləsini uzatmaq istəyir.

Eyni zamanda “aslanlar” zədəli qapıçısı Fernando Musleranın da sözləşməsini yeniləməyi planlaşdırır.

Bundan əlavə, Superliqa klubunun prezidenti Mustafa Cengiz və kollektivi “Leyptsiq”dən icarəyə götürülən  Marselo Saraccininin birdəfəlik keçidini reallaşdırmaq üçün yanvar Almaniya təmsilçisi ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Muslera 2011-ci ildən, Markao ötən ildən, Marselo isə bu ildən "Qalatasaray"da çıxış edir.