İDMAN

03 Noyabr

Sloveniya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Noyabrın 11-də futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Sloveniya yığmasının heyəti açıqlanıb.

Fins.az xəbər verir ki, baş məşqçi Matyaj Kek 24 futbolçuya dəvət göndərib.

Heyətdə qapıçılar - Yan Oblak (“Atletiko”, İspaniya), Vid Belets (“Salernitana”, İtaliya), Matiaj Rozman (“Tselye”), müdafiəçilər - Petar Stoyanoviç (“Dinamo”, Zaqreb, Xorvatiya), Yure Balkovets (“Fatih Karagümrük”, Türkiyə), Neyts Skubiç (“Konyaspor”, Türkiyə), Mixa Mevlya (“Soçi”, Rusiya), Mixa Blajiç (“Ferentsvaroş”, Macarıstan), Nemanya Mitroviç (“Maribor”), Con Qorents Stankoviç (“Şturm”, Avstriya), Mario Yurçeviç (“Osiyek”, Xorvatiya), yarımmüdafiəçilər - Nino Kouter (“Mura”), Yasmin Kurtiç (“Parma”, İtaliya), Yaka Biyol (“Hannover-96”, Almaniya), Amedey Vetrix (“Qaziantep”, Türkiyə), Mixa Zayts (“Cenoa”, İtaliya), Sandi Lovriç (“Luqano”, İsveçrə), Yosib İliçiç (“Atalanta”, İtaliya), hücumçular - David Tiyaniç (“Rakuv”, Polşa), Andraj Şporar (“Sportinq”, Portulqaliya), Benyamin Verbiç (“Dinamo”, Kiyev, Ukrayna), Damyan Boxar (“Osiyek”, Xorvatiya), Faris Vuçkiç (“Real Saraqosa”, İspaniya) və Tim Matavj (“Əl-Vaxda”, Birləşmiş Ərəb Əmirlikləri) yer alıblar.

Qeyd edək ki, Sloveniya yığması noyabrın 15-də Millətlər Liqasında Kosovonu qəbul edəcək. Komanda 3 gün sonra isə Yunanıstanın qonağı olacaq.