AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Fins.az xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasında Moldova – Yunanıstan matçında hakim-inspektor olacaq.
Qarşılaşma noyabrın 15-də Kişineu şəhərindəki “Zimbru” stadionunda keçiriləcək.