İDMAN

27 Oktyabr

AFFA "Qarabağ"ın futbolçusunu cəzalandırdı, 3 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fins.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı qərarlar verilib.

“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Sabah” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.