İDMAN

26 Oktyabr

“Sumqayıt”ın futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında birinci dövrənin bombardiri olub

“Sumqayıt” klubunun futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında birinci dövrənin bombardiri olub.

Fins.az xəbər verir ki, o, arxada qalan 7 turda 6 qol vurub. Bu, son 4 mövsüm üçün mütləq rekorddur. Belə ki, əvvəlki üç çempionatın startında belə məhsuldarlıq qeydə alınmayıb. İlk 7 turda 6 və ya daha çox qol vuran sonuncu futbolçu 2016/2017-ci il mövsümündə olub. Həmin vaxt “Qəbələ”nin şərəfini qoruyan Baqali Dabo daha çox – 7 top vurub.

Qeyd edək ki, bombardirlər yarışında lider olan Qurbaninin ən yaxın izləyicisi Namiq Ələsgərov (“Neftçi”) 5 qol vurub.