İDMAN

26 Oktyabr

Nurməhəmmədovun Qetji ilə döyüşdən nə qədər qazandığı bəlli oldu

UFC çempionu Həbib Nurməhəmmədovun Castin Qetji ilə döyüşdən nə qədər qonorar əldə etdiyi bəlli olub.

Fins.az xəbər verir ki, Rusiyanı təmsil edən idmançı döyüşdən 3 milyon 90 min dollar qazanıb. Onun rəqibi Castin Qetji isə 630 min dollar əldə edib.

Xatırladaq ki, döyüş UFC 254 turnirində baş tutub. H.Nurməhəmmədov ikinci raundda rəqibinə boğucu fəndlə qalib gəlib.