İDMAN

23 Oktyabr

“Qarabağ”ın məğlubiyyəti İsraili yüksəltdi

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Fins.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” İsraildə “Makkabi”yə uduzduğundan ölkəmizin əmsalı dəyişməz qalıb. Hesabında 16,625 xal olan Azərbaycan 26-cı pillədə qalıb.

Təl-Əviv təmsilçisinin qələbəsi İsrailin irəliləməsi ilə nəticələnib. Bu ölkə Çexiyanı arxada qoyaraq 20-ci sıraya qalxıb.

Türkiyənin də mövqeyi dəyişib. “Sivasspor”un “Vilyarreal”a uduzması qardaş ölkənin geriləməsi ilə nəticələnib. Qonşularımız artıq 13-cü yerdədir. “Reyncers”in qələbəsi Şotlandiyanın irəliləməsi üçün yetərli olub.