İDMAN

09 Oktyabr

AVRO-2020: 8 komanda mərhələ adlayıb

AVRO-2020-nin pley-off mərhələsi start götürüb.
Fins.az xəbər verir ki, ilk oyun günündə yarımfinal görüşləri keçirilib.
4 yol üzrə mübarizə aparan 8 cüt bir qarşılaşmada münasibətlərini ayırd edib. AVRO-2020-yə vəsiqə şansını qorumaq uğrunda yarışan 16 komanda 4 gündən sonra yenidən meydana çıxmaq üçün mübarizə aparıb. Baş tutan matçların yalnız dördündə qalibi müəyyənləşdirmək üçün 90 dəqiqə yetərli olub.
A yolunda İslandiya Rumıniya üzərində qələbə qazanıb. Bolqarıstan Macarıstanla qarşılaşmada meydan amilindən yararlana bilməyib.
 
Nisbətən zəiflərin yer aldığı D yolunda Gürcüstan ev oyununda Belarusu minimal hesabla məğlub edib. Balkanlıların duelində Şimali Makedoniya öz meydanında Kosovonu üstələyib.
 
Digər matçlarda isə əsas vaxt finalçının adına aydınlıq gətirməyib. C yolunda Serbiya əlavə vaxtda vurulan qolla Norveçi məğlubiyyətə uğradıb. Bu yolun Şotlandiya – İsrail matçında, həmçinin B yolunda Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya – İrlandiya qarşılaşmalarında qalibi penaltilər seriyası müəyyənləşdirib.

AVRO-2020-nin pley-off mərhələsi
Yarımfinal
8 oktyabr
A yolu

22:45. Bolqarıstan – Macarıstan - 1:3
Yomov, 89 - Orban, 17, Kalmar, 47, Nikoliçs, 75
22:45. İslandiya – Rumıniya - 2:1
Siqurdsson, 16, 35 - Maksim, 62 (pen.)
B yolu
22:45. Bosniya və Herseqovina – Şimali İrlandiya - 1:1, pen. 3:4
Kruniç, 14 - Makqinn, 53
22:45. Slovakiya – İrlandiya - 0:0, pen. 4:2
C yolu

22:45. Norveç – Serbiya - 1:1, ə.v. 0:1
Norman, 88 - Milinkoviç-Saviç, 82, 103
22:45. Şotlandiya – İsrail - 0:0, pen. 5:3
D yolu

20:00. Gürcüstan – Belarus - 1:0
Okriaşvili, 7 (pen.)
22:45. Şimali Makedoniya – Kosovo - 2:1
Aliti, 16 (avtoqol), Velkovski, 33 - Haderdyonaj, 29