İDMAN

08 Oktyabr

“MY” Sulşerin istədiyi heç bir futbolçunu ala bilmədi

“Mançester Yunayted”in rəhbərliyi yay transfer pəncərəsi zamanı baş məşqçi Ole-Qunnar Sulşerin istədiyi bir futbolçunu belə ala bilməyib.

Fins.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, norveçli mütəxəssisin komandasına gətirmək istədiyi oyunçular Ceydon Sanço, Natan Ake, Dayo Upamekano və Cek Qriliş olub. Məlumdur ki, Upamekano, Qriliş və Sanço klublarında qalıb, Ake isə “Mançester Siti”yə keçib. Bildirilir ki, onlarla anlaşa bilmədikləri üçün Sulşer  Donni van de Bek və Edinson Kavaninin gətirilməsini istəyib və onların transferi baş tutub.