İDMAN

07 Oktyabr

Meydana buraxılmayacaq – Azərbaycana görə

UEFA Millətlər Liqasında Azərbaycan millisiylə bir qrupda yer alan Kipr yığması bu gün Çexiya ilə yoldaşlıq görüşündə üzləşəcək.

Fins.az xəbər verir ki, baş məşqçi Yohan Valem heyətdə yer alan bir futbolçunu bugünkü qarşılaşmada meydana buraxmayacağını açıqlayıb.

Bu, yarımmüdafiəçi Marinos Tzionisdir. 19 yaşlı hücumameyilli oyunçunun kənarda qalmasının səbəbi Millətlər Liqasında Lüksemburq və Azərbaycanla keçiriləcək görüşlər olduğunu göstərilib. Çalışdırıcı “Omoniya”nın oyunçusunu məhz rəsmi matçlar üçün qorumaq qərarına gəlib.

 

Qeyd edək ki, oktyabrın 10-da Lüksemburqla səfərdə qarşılaşacaq kiprlilər bundan üç gün sonra Azərbaycan yığmasının qonağı olacaq.