İDMAN

07 Oktyabr

"Mançester Yunayted"in yeni "7" nömrəsi

Edinson Kavani yeni klubu "Mançester Yunayted"də forma nömrəsini seçib.

Fins.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, uruqvaylı hücumçu İngiltərə təmsilçisində 7 nömrəli forma ilə çıxış edəcək. Bu nömrəli formanı bir vaxtlar Kriştiano Ronaldo, David Bekham, Best və Erik Kantona kimi oyunçular geyinib. Son olaraq bu nömrəli forma hazırda "İnter"də oynayan Aleksis Sançesə məxsus olub.

Qeyd edək ki, Kavani "Mançester Yunayted"lə 1+1 illik müqavilə imzalayıb. PSJ-dən ayrılan 33 yaşlı oyunçu yeni klubuna azad agent kimi keçib.