"Qarabağ"ın futbolçusu Mahir Emreli zədəli olduğü üçün milli komandamızın düşərgəsini tərk edib.
Fins.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edilib ki, o, Azərbaycan milli komandasının Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, ayın 13-də isə Kipr yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.