İDMAN

06 Oktyabr

Azərbaycan millisinin futbolçusu “Başakşəhər”lə müqavilə bağlayıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Serhan Üresin klubu “Başakşəhər”lə yeni müqavilə imzalayıb.

Fins.az xəbər verir ki, 2002-ci il təvəllüdlü yarımmüdafiəçi Super Liqa təmsilçisi ilə peşəkar sözləşməyə qol çəkib.

Üresin sentyabrın 24-dən 30-dək Bakıda keçirilən təlim-məşq toplanışında ilk dəfə Azərbaycanın U-19 yığmasında iştirak edib.

Qeyd edək ki, “Başakşəhər” ötən mövsüm Türkiyə Super Liqasının çempionu olub.