“Sabah”ın futbolçusu Veysəl Rzayev üçün Azərbaycan Premyer Liqasının 5-ci turunda "Keşlə" ilə oyun əlamətdar olub.
Fins.az klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi bu görüşlə Premyer Liqada debüt edib. O, qarşılaşmanın 58-ci dəqiqəsində Coşqun Diniyevin əvəzinə meydana daxil olub.
Qeyd edək ki, "Sabah" - "Keşlə" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatb.