İDMAN

05 Oktyabr

Messi milliyə çağırıldı - cəzadan sonra ilk dəfə

Argentina millisinin DÇ-2022-nin seçmə mərhələsində Ekvador və Boliviya ilə keçirəcəyi oyunlar üçün yekun heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, "Barselona"sının kapitanı Lionel Messi də yığmaya dəvət alıb.

Ötən il Amerika Kubokunun Çili ilə oyunundan sonra Cənubi Amerika Futbol Konfederasiyasını (CONMEBOL) tənqid edən 33 yaşlı hücumçu 3 ay müddətinə beynəlxalq matçlardan kənarlaşdırılmışdı. Təcrübəli futbolçu həmin vaxtdan sonra ilk dəfə milliyə çağırılıb.

Qeyd edək ki, Argentina yığması oktyabrın 8-də evdə Ekvador, 5 gün sonra isə səfərdə Boliviya ilə qarşılaşacaq.