Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılacaq.
Fins.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk zamanı 48 komanda 12 qrupa bölünəcək.
Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" 2-ci səbətdə yer alacaq. Bu isə Ağdam komandasının özündən aşağı reytinqli iki komanda ilə eyni qrupa düşəcəyi anlamına gəlir.
Səbətlərin tərkibi:
1-ci səbət: "Arsenal" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Roma" (İtaliya), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya), "Bayer" (Leverkuzen, Almaniya), "Vilyarreal" (İspaniya), MOİK (Moskva, Rusiya), "Braqa" (Portuqaliya), "Gent" (Belçika), PSV (Eyndhoven, Niderland), "Seltik" (Şotlandiya)
2-ci səbət: "Dinamo" (Zaqreb, Xorvatiya), "Sparta" (Praqa, Çexiya), "Slaviya" (Praqa, Çexiya), "Lüdoqorets" (Bolqarıstan), "Yanq Boyz" (İsveçrə), "Srvena Zvezda" (Serbiya), "Rapid" (Vyana, Avstriya), "Lester" (İngiltərə), PAOK (Yunanıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Standard" (Lyej, Belçika), "Real Sosyedad" (İspaniya)
3-cü səbət: "Qranada" (İspaniya), "Milan" (İtaliya), AZ (Alkmaar, Niderland), "Feyenoord" (Niderland), AEK (Afina, Yunanıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Reyncers" (Şotlandiya), "Molde" (Norveç), "Hoffenhaym" (Almaniya), LASK (Avstriya), "Hapoel" (Beer-Şeva, İsrail), "Zarya" (Luqansk, Ukrayna)
4-cü səbət: ÇFR (Kluj, Rumıniya), "Lill" (Fransa), "Nitsa" (Fransa), "Riyeka" (Xorvatiya), "Dandolk" (İrlandiya), "Slovan" (Liberets, Slovakiya), "Antverpen" (Belçika), "Lex" (Poznan, Polşa), "Sivasspor" (Türkiyə), "Volfsberq" (Avstriya), "Omoniya" (Kipr), MOİK (Sofiya, Bolqarıstan)
Qeyd edək ki, qrup mərhələsinin görüşlərinə oktyabrın 22-i start veriləcək.