İDMAN

09 İyun

Sağlamlığınızı qorumaq istəyirsinizsə avtomobildə bunu MÜTLƏQ edin - VİDEO

Yay aylarında avtomobilin kondisioner sistemi xüsusilə əhəmiyyətlidir. Odur ki, istilər başlayan kimi mütləq şəkildə sistem yoxlanmalıdır. Freon qazının vəziyyəti, kondisioner filtrinin təmizliyinə diqqət yetirilməlidir. Hazırda pandemiya vəziyyətini nəzərə alsaq bu proses daha da aktuallaşır. Çünki soyutma sistemləri bayırdan havanı daha çox alır. Diqqət etmədikdə sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.

Avtosfer.az komandası avtomobilin kondisioner sisteminin yoxlaması ilə bağlı maraqlı videomaterial hazırlayıb. "Bayramoğlu servis"in dəstəyi ilə bu proses necə baş verir, nə qədər  vaxtımızı alır, bütün bunlara aydınlıq gətirməyə çalışdıq.

Videomaterialı təqdim edirik.