İDMAN

02 İyun

Azərbaycan millisinin futbolçusunun maaşı azala bilər

Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu Azərbaycan millisinin braziliyalı futbolçusu Riçard Almeydanın maaşını azaltmaq istəyir.

Fins.az xəbər verir ki, BƏƏ təmsilçisi bu ilin yanvarında heyətə qatdığı yarımmüdafiəçiyə məvacibinin azaldılması şərti ilə yeni birillik müqavilə təklif edib. Müqaviləsinin müddəti iyunda bitəcək R.Almeyda yeni şərtlərə görə məvacibinin 40 faiz azalmasına razılaşmalıdı. Əks halda o, klubu tərk etməli olacaq.

Bir müddət əvvəl “Baniyas”da baş məşqçi işləyən almaniyalı mütəxəssis Vinfred Şaferin istefaya göndərilməsindən sonra Almeydanın transferə çıxarılacağı ilə bağlı xəbərlər yayılmışdı.