İDMAN

14 May

Daha bir ölkədə çempionatın bərpa tarixi açıqlandı

Futbol üzrə İsveçrə Super Liqası mayın 29-da bərpa olunacaq.

Fins.az-ın məlumatına görə, bu barədə Liqanın prezidenti Henrix Şifferle açıqlama verib. O, futbol klubları və ümumilikdə futbolun koronavirus pandemiyası ilə əlaqədar böhranı geridə qoymalarının, eləcə də federal hökumətlə bağlanmış müqavilənin həlledici rol oynadığını bildirib.

Şifferle klublara 350 milyon İsveçrə frankı məbləğində maddi dəstək və güzəştli şərtlərlə kreditlərin verildiyini də vurğulayıb: "Onlar nəinki maliyyə sıxıntısından qaça bildilər, eyni zamanda koronavirusla mübarizədə bütün ehtiyat tədbirlərini gördülər. Hazırda futbol təsərrüfatımızda vəziyyət sabitdir və fikrimcə, mayın 29-da mövsümü davam etdirə bilərik".

Qeyd edək ki, 10 komandadan ibarət İsveçrə Super Liqasında 23 turdan sonra "Sankt-Qallen" və "Yanq Boyz" hərəyə 45 xalla şərikli liderdir.