İDMAN

14 May

“Liverpul” Macarıstan yığmasının futbolçusunu transfer etmək istəyir

İngiltərənin “Liverpul” klubu Macarıstan yığmasının futbolçusu Dominik Soboslaini transfer etmək istəyir.

Fins.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Avstriya “Zalsburq”unun 19 yaşlı yarımmüdafiəçisinin qarşıdakı transfer dövründə heyətinə qatmaqda maraqlıdır.

Macar futbolunun qiyməti təxminən 29 milyon avro ilə dəyərləndirilir. Lakin “Liverpul” bu məbləği ödəməklə yanaşı, futbolçuya olan digər müştərilərlə də rəqabət aparmalıdır. Dominiki İngiltərə “Arsenal”ı, Almaniya təmsilçiləri “Leypsiq” və Dortmund “Borussiya”sı da heyətinə qatmaq fikrindədir.

“Liverpul” qışda “Zalsburq”un digər oyunçusunu transfer etmişdi. Takumi Minaminoya qədər Avstriya təmsilçisində oynamış Nabi Keyta və Sadio Mane də mersisaydlıların heyətində çıxış edir.

Qeyd edək ki, Soboslai 2018-ci ildən “Zalsburq”un əsas heyətində oynayır. O, cari mövsüm 17 matçda 2 qol vurub.