İDMAN

14 May

"Real" brazliyalı futbolçusu ilə müqaviləni artıracaq

"Real"da yarımmüdafiəçi Kasemiro ilə bağlı qərar verilib.

Fins.az-ın məlumatına görə, "kral klubu" Braziliya millisinin üzvünü daha bir neçə il komandada saxlamaq niyyətindədir.

Bu məqsədlə rəhbərlik ulduz futbolçuya yeni müqavilə təklif edib. Tərəflər arasında danışıqlar uzun sürməyib. Kasemiro özü də komandada qalmaq istədiyindən, yeni sazişin bağlanmasında ortaq məxrəcə gəlinib. Hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər olan 28 yaşlı oyunçu koronavirus pandemiyası səbəbindən dayandırılan çempionat bərpa olunduqdan sonra bu müddəti uzadacaq.

Qeyd edək ki, Kasemiro cari mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 4 qol, 4 assistlə diqqət çəkib.