İDMAN

13 May

Bu ilin ən yaxşı futbolçusu elan olunmayacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ilin ən yaxşı oyunçusunu təyin etməyəcək. Buna səbəb koronavirus pandemiyasıdır.

Fins.az xəbər verir ki, ənənəvi şounun sentyabrda Milanda (İtaliya) keçiriləcəyi nəzərdə tutulurdu.

Nəşrin yazdığına görə, 2019-cu ildə bu mükafata layiq görülən “Barselona”nın hücumçusu Lionel Messi hələlik bu adı özündə saxlayacaq.

Öz növbəsində, “France Football” illik “Qızıl Top” mükafatı ilə bağlı qərarını açıqlamayıb.