İDMAN

13 May

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb

FIFA futzal üzrə dünya çempionatının təxirə salınmasına dair qərar qəbul edib. Mundial nəzərdə tutulduğu kimi, Litvada olacaq. Lakin bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il sentyabrın 12-dən oktyabrın 3-dək baş tutacaq.

Fins.az ali futbol qurumunun saytına istinadla xəbər verir ki, FIFA qadınlar arasında U-20 dünya çempionatını da 2021-ci ilə təxirə salıb. Kosta-Rikada və Panamada təşkil olunacaq mündial yanvarın 20-dən fevralın 6-dək keçiriləcək.

U-17 qızlar arasında Hindistanda keçirilməsi planlaşdırılan dünya çempionatı isə həmin il fevralın 17-dən martın 7-dək təşkil olunacaq.

Hər iki yarışda yaş məhdudiyyəti dəyişdirilməyəcək.