İDMAN

12 May

UEFA Azərbaycan klubunu Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ

UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib. 

Fins.az xəbər verir ki, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib. 

Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib". 

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.