İDMAN

09 May

Kataloniya klubu “Yuventus”la oyunçu dəyişikliyindən imtina etdi

“Barselona” futbol klubu “Yuventus”la oyunçuları dəyişdirməkdən imtina edib.

Bu barədə “Goal” məlumat yayıb.

Belə ki, katalon klubu qarşılığı ödənilmədən Artur Melonun Miralem Pyaniçlə dəyişdirilməsinə razı olmayıb.

“Yuventus”un birbaşa oyunçu dəyişdirilməsində maraqlı olduğu bir vaxtda ispan nəhənginin rəhbərliyi öz yarımmüdafiəçisini böyük məbləğə satmaq niyyətindədir.