İDMAN

06 May

"Barselona" koronavirusa görə 120 milyon avro itirib

Koronavirus pandemiyasının "Barselona" klubuna vurduğu ziyanın məbləği müəyyənləşib.

Fins.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Xordi Kardoner bildirib.

Onun sözlərinə görə, Kataloniya təmsilçisinin ziyanı 110-120 milyon avrodur. Matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon, televiziya yayımına görə 39 milyon, potensial kommersiya gəlirlərindən isə 20-25 milyon itirilib.

Qeyd edək ki, İspaniya La Liqasında mübarizə XXVII turdan sonra dayandırılıb. "Barselona" hazırda 58 xalla turnir cədvəlinə başçılıq edir.