Fransanın PSJ klubunun futbolçusu Tyaqo Silva yenidən İtaliya çempionatında çıxış edə bilər.
Fins.az-ın məlumatına görə, braziliyalı müdafiəçi “Milan” klubuna qayıtmaq variantını nəzərdən keçirir.
36 yaşlı cənubi amerikalı cari mövsüm başa çatdıqdan sonra A seriyası təmsilçisinə keçməyin əleyhinə deyil. Onun keçidinə yalnız maliyyə şərtləri mane ola bilər. Futbolçunun tələbləri Milanın eyniadlı təmsilçisini qane etməsi sual altındadır.
Qeyd edək ki, Tyaqo 2012-ci ilədək şərəfini qoruduğu “Milan”dan PSJ-yə 42 milyon avroya keçib.