Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqasının davam etdirilməyəcəyinə və "Liverpul"un çempion elan olunacağına UEFA prezidenti Aleksander Çeferin münasibət bildirib.
Fins.az-ın məlumatına görə, sloveniyalı futbol funksioneri qurumun bu yöndə məsləhət verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
O, nə "Liverpul"un, nə də digər çempionatlardakı liderlərin vaxtından əvvəl qızıl medalla təltif edilməsinə razıdır: "Bu tip xəbərləri mən də oxudum. Ancaq UEFA-nın belə bir məsləhət verməsi uydurmadır. UEFA mövsümün tamamlanmasını və hazırkı liderlərin çempion elan edilməsini istəmir. Yalnız bu informasiyaların yalan olduğunu deyə bilərəm. Heç bir federasiyaya və ya liqa rəhbərlərinə bu formada məsləhət verməmişik. Bizim hədəfimiz çempionatları tamamlamaqdır".