“Avrokubokların davamını həmişəki qaydada da, neytral meydanlarda da keçirməyimiz mümkündür. Yarımfinal və finalı belə keçirmək olar”.
Fins.az-ın məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.
Sloveniyalı bildirib ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan avrokubok mövsümünü başa çatdırmaq üçün müxtəlif variantlar nəzərdən keçirilir: “Hər şey, həm Çempionlar Liqası, həm də Avropa Liqası avqustun 3-dək başa çatmalıdır. Vəziyyət fövqəladədir. Biz liqalarla eyni vaxtda da oynaya bilərik. Böhran dayansa, biz tez oynamağa başlayacağıq. Yeganə düzgün olmayan addım futbolçuların, azarkeşlərin və hakimlərin sağlamlığına nəsə təhlükə olduğu vaxtda oynamaqdır. Amma əgər təhlükəsizdirsə, problem görmürəm. İdman enerji gətirir və bizə lazımdır. İnsanlar əsəbiləşir, həyəcan keçirir. Futbol insanların həyatının vacib hissəsidir. Hətta indi superulduzlar həkimlər və tibb bacıları olsa da”.