“Almaniya Futbol Liqası vəziyyəti nəzarətdə saxlayır. Qurumun prezidenti nümunəvi iş aparır”.
Fins.az saytının məlumatına görə, bunu Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge deyib.
O bildirib ki, Bundesliqa klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü davam etdirməyə hazırdır: “Hər şey harmonik və həmrəylik şəklindədir. Belə asan olmayan vaxtda güclülərin zəiflərə dəstək verməsi çox vacibdir. Biz kiçik klublara kömək etməyə çalışırıq. Almaniyada bütün klublar hətta iyunun 30-dan sonra olsa da, mövsümü davam etdirməyə razıdır”.
Qeyd edək ki, UEFA mövsümü başa çatdırmaq üçün son tarix kimi avqustun 3-nü müəyyənləşdirib