İDMAN

30 Mart

Mourinyonun hesab etdiyi ən yaxşı futbolçular - SİYAHI

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo indiyə qədər rəhbərlik etdiyi futbolçulardan ibarət "11-lik" müəyyənləşdirib.

Fins.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis "Çelsi"nin oyunçularına üstünlük verib.

O, Çempionlar Liqasını qazandırdığı "Portu" və "İnter"dən bir futbolçunu fərqləndirib. "Real"ın isə 2 üzvünə siyahıda yer verib.

Mourinyonun "11-liy"i: Petr Çex, Xavyer Zanetti, Con Terri, Rikardo Karvalyo, Vilyam Qallas, Klod Makelele, Frenk Lempard, Məsut Özil, Eden Azar, Didye Droqba, Kriştianu Ronaldo.