İDMAN

29 Mart

Türkiyənin Super Liqa klubundan azərbaycanlı baş məşqçiyə təklif

Fins.az-ın məlumatına görə, "Pro" kateqoriyalı mütəxəssisə dəvət «Antalyaspor»dan gəlib. Super Liqada mübarizə aparan klub gənc çalışdırıcıya baş məşqçinin köməkçisi vəzifəsini təklif edib. Ötən mövsüm "Səbail"ə tarixində ilk dəfə avrokuboklar biletini qazandıran Hacıyev gözləməyi üstün tutub. O, hazırkı komandasının gələcək planları dəqiqləşmədən iş yerini tərk etməməyi qərara alıb.