İDMAN

29 Mart

Yarımçıq çempionat üçün pul ödəməkdən imtina etdi

Fransa Liqa1-in rəsmi teleyayımçısı “Canal+” müqaviləyə əsasən aprelin 5-də ödəməli olduğu 110 milyon avronu verməkdən imtina edib.

Fins.az-ın məlumatına görə, buna koronavirus pandemiyası üzündən çempionatın dayandırılması səbəb olub.

Bu vəsait klublar arasında bölünməli idi. Liqa1 təmsilçiləri qazanclarının 36-47 faizini məhz teleyayımdan əldə edir. 

“Canal+”in ödəniş etməməsi klubların büdcələrinə böyük zərbə vuracaq. Şirkət bunu çempionatın dayandırılması üzündən ziyana düşməsi ilə əlaqələndirir.

Qeyd edək ki, “Canal+” müqaviləyə əssən ümumilikdə 548 milyon avro ödəməlidir. Liqa1 digər yayımçı “beIN”dən 201 milyon almalıdır.