İDMAN

29 Mart

\"Yuventus\"un futbolçuları maaşdan imtina etdilər

"Yuventus"un futbolçuları rəhbərliyin maaşların bir hissəsinin kəsilməsi təklifini qəbul ediblər.

Fins.az xəbər verir ki, onlara baş məşqçi Mauritsio Sarri də qoşulub.

Koronavirus pandemiyasının yayılması səbəbindən A seriyası dayandırılıb ki, bu da "qoca sinyora"ya ciddi ziyan vurub. Lakin bunun bir hissəsinin sığortalanması baxımından müqavilələr üzrə ödənişlərdə xüsusi razılıq əldə olunub. Qarşıdakı həftələrdə Sarri və futbolçularla yeni sözləşmə imzalanacaq. Anlaşmaya əsasən, kollektiv mart-iyun aylarındakı maaşlarının bir hissəsindən imtina edib. Bu isə Turin təmsilçisini 90 milyon avro irəli salacaq.

Qeyd edək ki, A seriyasının oyunları XXVI turdan sonra dayandırılıb.