İDMAN

25 Mart

Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro ayırdı

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola koronavirusla mübarizəyə 1 milyon avro yardım edib.

Fins.az-ın verdiyi məlumata görə, ispaniyalı mütəxəssis COVID-19 pandemiyası müddətində lazımi sanitar materalları almaq üçün pul toplayan Barselona Tibb Kollecinə vəsait göndərib. Alınmış bütün əşyalar Kataloniya ərazisindəki klinikalara yönəldiləcək.

Qvardiolanın ödənişinədək 33 min avro toplanmışdı.