İDMAN

08 Fevral

Tanınmış futbolçu ürəyindəki problemlərdən sonra komandaya qayıtdı

Hollandiyanın "Ayaks" klubunun futbolçusu Deyli Blind ürəyindəki problemlərdən sonra komandaya geri dönüb.

Fins.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Hollandiya çempionatının 22-ci turunda səfərdə qarşılaşacaqları "Utrext"lə matçın iştirak ərizəsinə daxil edilib. 

Qeyd edək ki, ötən ilin sonlarında Deyli Blində miokardit diaqnozu qoyulub. Daha sonra 29 yaşlı oyunçu əməliyyat olunub. Atası Danni Blind oğlunun meydana potensial dönüşünün 100 faiz təhlükəsiz olmadığını bildirib.