İDMAN

07 Fevral

Azərbaycan derbisi: \"Qarabağ\"-\"Neftçi\"

 “Qarabağ” -“Neftçi” 

Fins.az xəbər verir ki, bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycanın ən titullu 2 klubu arasında indiyədək 80 matç olub. Ağdam klubu 28 dəfə qalib gələrkən, Bakılılar 23 dəfə yaşıl meydanları qalıb kimi tərk edib. Aralarında keçirilən 29 oyunda isə tərəflər sülhlə ayrılıblar. Qeyd edək ki, “Neftçi” hazırda lider “Qarabağ”dan 8 xal geridədir. Yerli azərkeşlərin həyəcanla gözlədiyi "Qarabağ"-"Neftçi" matçı XVI tur çərçivəsində fevralın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Turun bütün görüşləri kimi “derbi” də “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Maşallah Əhmədov