İDMAN

07 Fevral

\"Adana Demirspor\" Arda Turanı transfer etmək istəyir

Arda Turan kariyerasını Türkiyə birinci liqa təmsilçisində davam etdirə bilər.

Fins.az xəbər verir ki, Türkiyənin birinci liqa komandalarından  “Adana Dəmirspor”un prezidenti Murat Sancaq transfer etmək istədikləri oyunçulardan bəzilərinin adlarını açıqlayıb.

Növbəti il "Super liqa"da çıxış etmək istəyən Adana təmsilçisi bir neçə ulduz futbolçu ilə indidən danışıqlara başıayıb.

Arda Turanı istədidiklərini söyləyən Sancaq, "Arda Turan ilə oyunçumuz Əmrə Uğur Uruçun toy mərasimində görüşdüm. Çox sevdiyim oyunçudur, onu "Adana Dəmirspor" forması ilə izləmək azərkeşlərimiz üçün də həyəcanlı olar” deyə vurğulayıb.

Klub rəhbəri  Türkiyədə bir neçə klubda çıxış etmiş Toqo millisinin ulduz hücumçusu Adebayora da təklif göndərdiklərini söyləyib.

Qeyd edək ki, “Barselona” ilə olan müqaviləsi bu sezon sonu bitəcək Arda Turan hazırda boşdadır.