İDMAN

07 Fevral

“Borussiya” Dembeleyə görə 5 milyon avro itirə bilər

Dortmund “Borussiya”, fransalı hücumçu Usman Dembelenin zədəsinə görə “Barselona”dan alacağı 5 milyon avro bonusdan məhrum ola bilər.

Fins.az məlumatına görə, bu barədə “AS” mənbəyə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, kataloniya klubu vəsaiti oyunçu “Barselona” üçün 75 matç keçirdikdən sonra almalıdır. 

Lakin, hazırda hücumçu 74 dəfə yaşıl meydana çıxıb, ancaq bir zədə səbəbindən bu mövsümün sonuna qədər oynaya bilməyəcək.

Bundan əvvəl “Borussiya” fransalı futbolçuya görə kataloniyalılardan 25 və 50-ci matçlar üçün cəmi 10 milyon avro bonus almışdı.