İDMAN

07 Fevral

Premyer Liqa klublarından yay transfer dövrünün dəyişdirilməsinə dəstək

Futbol üzrə İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib.

Fins.az-ın məlumatına görə, klublar "transfer pəncərəsi"nin əvvəlki tarixlərə qayıtmasını dəstəkləyiblər.

Bu müddəti digər aparıcı Avropa çempionatlarının şərtlərinə uyğunlaşdıracaq. Transfer dönəmi sentyabrın 1-də başa çatacaq.

Premyer Liqada son iki mövsümdə yay "transfer pəncərəsi" I turun açılış oyunundan bir gün əvvəl bağlanırdı.

Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasında "Liverpul" 73 xalla liderdir, ikinci yerdə qərarlaşan "Mançester Siti"nin isə 51 xalı var.