İDMAN

06 Fevral

18 yaşlı futbolçu ayın ən yaxşısı seçildi

Arsenal-da yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Fins.az xəbər verir ki, bu, Qabriel Martinellidir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı hücumçu ötən ay iştirak etdiyi 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2019-cu ilin yayında Arsenal-a keçən braziliyalı forvard “topçular”la 23 oyunda 10 qol vurub.