İDMAN

27 Yanvar

Messi şəxsi antirekordunu təkrarlayıb

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun "Valensiya" ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.

Fins.az xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. “Kamp Nou”da "Deportivo" ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, "Valensiya" turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.