Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun futbolçusu Riçard Almeyda yeni komandasında debüt edib.
Fins.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü ölkə çempionatının yüksək dəstəsinin 13-cü turunda "Əl-Nəsr"lə səfər görüşündə meydana çıxıb.
Matça start heyətində başlayan 31 yaşlı yarımmüdafiəçi 79-cu dəqiqədə əvəzlənib. Oyun isə Almeydanın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu qələbədən sonra xalını 14-ə yüksəldən "Baniyas" klubu turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.