UEFA-nın sabiq prezidenti Mişel Platininin yeni iş yeri müəyyənləşib.
Fins.az xəbər verir ki, 65 yaşlı funksioner Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyasının (FIFPro) prezidentinin müşaviri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Mişel Platini 2007 - 2015-ci illərdə UEFA-ya rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.