İDMAN

22 Yanvar

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinin püşkü atılıb

2022-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə qrup mərhələsinin püşkü atılıb. 

Fins.az-ın verdiyi məlumatına görə, püşkatma nəticəsində 40 komanda 10 qrupa bölünüb.

A qrupu: Əlcəzair, Burkina-Faso, Niger, Cibuti
B qrupu: Tunis, Zambiya, Mavritaniya, Ekvatorial Qvineya
C qrupu: Nigeriya, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Liberiya
D qrupu: Kamerun, Kot-Divuar, Mozambik, Malavi
E qrupu: Mali, Uqanda, Keniya, Ruanda
F qrupu: Misir, Qabon, Liviya, Anqola
G qrupu: Qana, Cənubi Afrika Respublikası, Zimbabve, Efiopiya
H qrupu: Seneqal, Konqo, Namibiya, Toqo
I qrupu: Mərakeş, Qvineya, Qvineya-Bisau, Sudan
J qrupu: Konqo Demokratik Respublikası, Benin, Madaqaskar, Tanzaniya

Oyunlar 2020-ci il martın 23-dən 2021-ci il oktyabrın 12-dək davam edəcək. 

Qrup qalibləri "pley-off"a yüksələcəklər. Seçmə mərhələnin yekununda 5 ölkə Afrikanı Qətərdə təşkil olunacaq dünya çempionatında təmsil edəcək.