Barselona" futbol klubu “Albasete”nin hücumçusu Rey Manayı transfer edib.
Fins.az xəbər verir ki, bu barədə "Barselona"nın rəsmi saytında bildirilib.
Futbolçunun Kataloniya klubuna keçidi 700 min avroya başa gəlib. Bu məbləğ bonuslar kimi 2 milyon avroya qədər arta bilər.
Qeyd edilir ki, tərəflər 2023-cü ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb. Hücumçunun müqaviləsində kompensasiyaların məbləği 50 milyon avro təşkil edib.