İDMAN

20 Yanvar

Siqaret çəkən futbolçular Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətindən iki futbolçu kənarlaşdırılıb. 

Funs.az-ın AFFA-nın rəsmi saytıa istinadən verdiyi məlumata görə, bunlar "Neftçi"dən Elnur Hüseynov və "Zaqatala" klubundan Vüsal Şabanovdur. 

Hər iki qolkiper nizam-intizam qaydalarını pozduqları, daha dəqiqi siqaret çəkdikləri üçün komandanın heyətindən kənarlaşdırılıblar.

Qeyd edək ki, hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.