Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın "Qarabağ" klubu transfer çalışmalarını davam etdirir.
Fins.az xəbər verir ki, Ağdam təmsilçisi La Liqada oynayan "Leqanes" klubunun futbolçusu Kvabena Ousunu transfer etməyə yaxındır.
Müqavilə ilə "Leqanes"ə məxsus olan 22 yaşlı hücumçu cari mövsümün ilk yarısını "Kordoba" klubunda icarə əsasında oynayıb. La Liqa təmsilçisi artıq Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. Cari mövsüm "Kordoba"nın heyətində 16 oyuna çıxan K.Ousu 6 qola imza atıb.
Qeyd edək, "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero da Azərbaycan klubuna ötən ilin yayında məhz "Kordoba"dan transfer olunub.