"Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının “Parma” ilə 20-ci turunun matçında vurduğu növbəti qolla fərqlənib.
Fins.az-ın məlumatına görə, portuqaliyalı futbolçu bununla Turin klubunun son 15 ildə A Seriyasının 7 matçında ardıcıl qol vuran birinci oyunçusu olub. Daha əvvəl bu uğura David Trezege ima atıb. O, İtaliyanın çempionatının ardıcıl 9 matçında qol vurub.
Ronaldu “Yuventus”a 2018-ci ilin yayında Madrid "Real”ından keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 34 yaşlı portuqaliyalı cari mövsümdə İtaliya milli çempionatının 17 matçında iştirak edib. O, bu oyunlarda 15 qol vurub, həmçinin 2 məhsuldar ötürmə verib.